CƏMİYYƏT


FHN-nin Gəncə Regional Mərkəzi orta məktəblərin müəllimləri üçün mülki müdafiə kursları təşkil edib

Bakı, 13 sentyabr, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi sentyabrın 2-dən 12-dək rayon ümumtəhsil orta məktəblərinin və onlara bərabər tutulan təhsil müəssisələrinin 2, 5 və 6-cı sinif rəhbərləri ilə metodiki toplantı keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, toplantıların keçirilməsində məqsəd məktəblərdə mülki müdafiəni tədris edən sinif rəhbərlərinin bu sahə üzrə bilik və bacarıqlarının artırılması olub.

Tədbirlərdə iştirak edən sinif rəhbərlərinə FHN-in əhalinin mühafizəsində rolu, mülki müdafiənin təbliğində müəllimlərin rolu, respublika ərazisində baş verə biləcək fövqəladə hallar və onlardan mühafizə tədbirləri, qəza, təbii fəlakətlər zamanı şagirdlərin fəaliyyəti, radiasiya-kimyadan mühafizə tədbirləri, fərdi mühafizə vasitələri, kollektiv mühafizə qurğularından istifadə qaydaları, sınıq, yanıq və digər bədbəxt hadisələr zamanı özünə yardım və qarşılıqlı yardım göstərmək qaydaları barədə mövzular mühazirə formasında çatdırılıb, uyğun olaraq əyani dərs vəsaiti kimi videoroliklər, slayd materialları təqdim edilib.

Sonda tədbir iştirakçılarına maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.