CƏMİYYƏT


FHN pambıq tədarükü zamanı yanğın təhlükəsizliyi qaydaları ilə bağlı maarifləndirmə tədbirlərini davam etdirir

Bakı, 14 sentyabr, AZƏRTAC 

Sentyabrın 14-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılıqda yanğın təhlükəsizliyi” mövzusunda Sabirabad, Neftçala və İmişli rayonlarında maarifləndirmə tədbirləri keçirib.

FHN-in AZƏRTAC-a bildirib ki, tədbirlərdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunacaq bütün kənd təsərrüfatı maşınlarının ilkin yanğınsöndürmə və yanğına qarşı digər vasitələrlə təmin edilməsinin vacibliyi vurğulanıb. Eləcə də pambıq tarlalarının, pambıqqurutma meydançalarının, pambıq qəbulu məntəqələrinin, pambıq emalı zavodlarının ərazisində və yaxınlığında tonqal qalanmasının, açıq oddan istifadənin, siqaret çəkilməsinin yolverilməzliyi izah edilib.

Həmçinin su mənbələrinə yolların salınmasının, hovuzların yanında avtomobillərin manevr etməsi üçün meydançaların olmasının zəruriliyi bildirilib, pambığın yanğından qorunmasının əhəmiyyəti diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.