CƏMİYYƏT


FHN vətəndaşları Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağıran videoçarx hazırlayıb VİDEO

Bakı, 5 aprel, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan cəmiyyətinin sağlamlığı naminə hər kəsi karantin rejiminə, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi əməl etməyə çağıran xüsusi videoçarx hazırlayıb.

AZƏRTAC FHN-in saytına istinadla xəbər verir ki, videomaterialda ölkəmizdə koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə kompleks tədbirlərin həyata keçirildiyi qeyd edilib. Bildirilib ki, məlum olduğu kimi, bu tədbirlər çərçivəsində aprel ayının 20-dək ölkədə xüsusi karantin rejimi tətbiq edilir.

“Özünüzün, əzizlərinizin və bütün Azərbaycan cəmiyyətinin sağlamlığı naminə hər kəsi karantin rejiminə, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi əməl etməyə çağırırıq”, - deyə videoçarxda qeyd olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.