İDMAN


FIA 2020-ci ildən yanacaq sərfinə nəzarəti gücləndirəcək

Bakı, 22 noyabr, AZƏRTAC

Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2020-ci ildən yanacaq sərfinə nəzarəti gücləndirmək niyyətindədir.

AZƏRTAC “Motorsport” saytına istinadla xəbər verir ki, federasiya tərəfindən güc qurğularına aid olan növbəti direktiv dərc edilib. Bu addım Braziliya Qran-Prisindən sonra atılıb. San-Pauluda keçirilən yürüşlər başa çatdıqdan sonra təkcə “Ferrari”nin rəqiblərinin mübahisəsinə səbəb olan bolidləri yox, həm də İtaliyanın daha bir müştərisi olan və adının hələ açıqlanmadığı komandasının motorları ilə bağlı vəziyyət də araşdırılır.

Yoxlamadan sonra FIA-nın təqdim etdiyi təhlil də yeni direktivin dərc edilməsinə səbəb olub. Bu sənəddə qeyd olunur ki, 2020-ci ildən etibarən komandalar yanacaq sərfini göstərən daha bir cihaz quraşdırmalı olacaqlar. Cari mövsümdə yanacaq sərfi üçün limit 100 kq/saat müəyyən edilib və bu göstərici bir cihazla ölçülür. “Ferrari” komandasının rəqiblərinin iddiasına görə, İtaliya komandası bu mövsümdə cihazın ölçüləri arasında boşluq taparaq yanacaq sərfini artırıb. Bu, reqlamentlə qadağan edilir. Bu cür hiylələrin tətbiqinin qarşısını almaq üçün ikinci cihaz quraşdırılacaq. Onun tətbiqinin sözügedən problemi həll edəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.