İDMAN


FIA “Toro Rosso”nun “Alfa Tauri” adlanmasını təsdiq edib

Bakı, 30 noyabr, AZƏRTAC

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Formula 1 “Toro Rosso” komandasının adının dəyişdirilməsini rəsmən təsdiq edib.

AZƏRTAC çempionatın rəsmi saytına istinadla xəbər verir ki, 2020-ci il mövsümünün ilkin müraciət siyahısında İtaliya komandası “Red Bull”a məxsus olan brend moda geyimi brendinin - “Alfa Tauri”nin adını daşıyacaq.

Komandanın indiki adı “Toro Rosso”nu (italyanca “Red Bull”) komanda 2006-cı ildə alıb. Həmin vaxt enerji içkilərinin istehsalçısı “Minardi” adlanıb.

Növbəti mövsümdə “Alfa Tauri” komandasının tərkibində rusiyalı Daniil Kvyat və fransız Pyer Qasli çıxış edəcəklər. Builki mövsümün başa çatmasına bir mərhələ qalmış “Toro Rosso” Konstruktorlar Kubokunda altıncı yeri tutur və beş güclü komanda sırasına düşmək üçün “Renault” ilə mübarizə aparır. 2019-cu il mövsümündə Kvyat və Qasli komandanın tarixində ilk dəfə olaraq birdən-birə iki podium əldə ediblər. Daniil Almaniyada üçüncü, Pyer isə Braziliyada ikinci yeri tutublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.