İDMAN
FİDEL KASTRO 2004-CÜ İLİN OLİMPİADASINA HAZIRDIR
Əlbəttə, söhbət Kuba lideri Fidel Kastronun gələn ilin ən mötəbər idman yarışlarında iştirak edəcəyindən getmir. Azadlıq adasının rəhbəri 2004-cü il Afina Olimpiadasının, sadəcə, fəxri qonaqlarından biri ola bilər.
Rusiyanın “Novosti” agentliyi xəbər verir ki, bunu Afinada olan Kubanın mədəniyyət və idman naziri Umberto Rodriges Qonzales iki ölkə arasında idman sahəsində əməkdaşlıq haqqında saziş imzalanarkən bildirmişdir.
Qonzales demişdir ki, Yunanıstanın Baş naziri Kostas Simitisdən Kuba rəhbərinə olimpiadaya rəsmi dəvət göndərməyi xahiş edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]