DÜNYA


FİDES partiyasının rəhbər heyəti dəyişməyib

Budapeşt, 19 oktyabr, AZƏRTAC

Macarıstanın hakim parlament partiyası (FİDES) hazırkı siyasi xəttini dəyişməyəcək, macar xalqını tərəqqi və firavanlıq yolu ilə aparmaqda davam edəcək.

AZƏRTAC xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban FİDES partiyasının qurultayında yenidən bu partiyanın sədri seçiləndən sonra və belə bir vəd verib.

Bildirilir ki, Qabor Kubatov, Silard Nemet və Layoş Koşa partiya liderinin müavinləri vəzifələrində qalıblar.

Kinqa Qal ailə məsələləri üzrə nazir Katalin Novakın əvəzinə FİDES partiyasından Avropa Parlamentinin deputatı seçilib.

FİDES partiyasının vəzifəli şəxslərinin seçilməsi üçün bundan əvvəlki qurultay 2019-cu ildə, bələdiyyə seçkiləri ərəfəsində keçirilib.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.