İDMAN


FİDE-NİN PREZİDENTİ RÜSTƏM QASIMCANOVUN QƏLƏBƏSİNİ TƏSADÜFİ SAYMIR

AZƏRTAC-ın xəbər verdiyi kimi, bu yaxınlarda Liviyanın paytaxtı Tripolidə FİDE versiyası üzrə keçirilən dünya şahmat çempionatı Özbəkistan nümayəndəsi Rüstəm Qasımcanovun qələbəsi ilə başa çatmışdır. FİDE-nin prezidenti Kirsan İlyumjinov Moskvada çıxan “Kommersant” qəzetinə müsahibəsində bu gənc istedad haqqında fikirlərini açıqlamışdır.

O, “Siz bundan ehtiyat etmirsinizmi ki, indiyədək dəfələrlə olduğu kimi, Qasımcanovu da təsadüfi çempion adlandıracaqlar?” sualına cavabında qətiyyətlə bildirmişdir: “Xeyr, əsla ehtiyat etmirəm. Özünüz fikir verin. Rüstəm Tripolidə 30 görüş keçirdi və İvançuk, Qrişşuk, Topalov və Adams kimi güclü qrossmeysterləri bir-bir “sıradan çıxardı”. İndi kimin dili dönüb deyə bilər ki, Qasımcanov təsadüfi qalibdir. Kim deyə bilər ki, o, Qrişşukdan, Topalovdan, “dəmir” Adamsdan və ya İvançukdan güclü, hətta açıq-aşkar güclü deyildir?!

Təsadüfiliyə gəldikdə, FİDE prezidenti demişdir ki, 1999-cu ildə Beynəlxalq Olimpiya Komitəsi şahmatı idman növü hesab etmişdir. Odur ki, biz idman mübarizliyinə doğru irəliləməliyik. Əgər şahmat idmandırsa, onda şahmatçı idmançı keyfiyyətlərinə - yaxşı fiziki, psixoloji hazırlığa malik olmalıdır. Rüstəm Qasımcanov əsl döyüşçüdür, bu keyfiyyətlərə tam yiyələnmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.