İDMAN


FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi: Şəhriyar Məmmədyarov Hikaru Nakamura ilə ikinci görüşünü keçirəcək

FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi: Şəhriyar Məmmədyarov Hikaru Nakamura ilə ikinci görüşünü keçirəcək

Bakı, 31 mart, AZƏRTAC

Almaniyanın paytaxtı Berlində şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinin yarımfinal oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hikaru Nakamura (ABŞ) ilə ikinci görüşünü keçirəcək. Şahmatçımızın ABŞ təmsilçisi ilə ilk qarşılaşması heç-heçə başa çatıb. Yarımfinal mərhələsinin digər cavab oyununda Uesli So (ABŞ) iranlı Amin Tabatabayi ilə mübarizə aparacaq.

Yarışın əsasnaməsinə görə, yarımfinal və final iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq. Qran-Prinin nəticələrinə görə, yarış iştirakçıları reytinq xalları qazanacaqlar.

Turnirə aprelin 4-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.