İDMAN


FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi: Şəhriyar Məmmədyarov tay-breykdə Vinsent Keymerlə mübarizə aparacaq

FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi: Şəhriyar Məmmədyarov tay-breykdə Vinsent Keymerlə
mübarizə aparacaq

Bakı, 29 mart, AZƏRTAC

Almaniyanın paytaxtı Berlində şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinin yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yarımfinal uğrunda tay-breykdə almaniyalı Vinsent Keymerlə mübarizə aparacaq.

Qeyd edək ki, şahmatçımız B qrupunun sonuncu turunda Rusiya təmsilçisi Daniil Dubovla heç-heçə edib. Altı turdan sonra B qrupunda hər iki qrosmeyster eyni - 3,5 xala malik olduğundan qalibi müəyyənləşdirmək üçün tay-breyk oynanılacaq.

Turnirdə ümumilikdə, 16 şahmatçı iştirak edir. Yarışın əsasnaməsinə görə, seriyada ümumilikdə 24 idmançı mübarizə aparır. Qrup oyunlarının yekununa görə, artıq iyun ayında İspaniyanın paytaxtı Madriddə keçiriləcək iddiaçılar turnirinə vəsiqə qazanan son iki şahmatçının adı məlum olub. Belə ki, öz qrupunda son üç oyunu qələbə ilə başa vuran amerikalı Hikaru Nakamura yarımfinala çıxmaqla, artıq digər rəqibləri üçün əlçatmaz olub. Eyni uğuru bu mərhələdə çıxış etməyən, lakin ilk iki mərhələdə 20 xal toplamağı bacaran macarıstanlı Riçard Rapport da əldə edib. Hazırkı vəziyyətə görə ümumi hesaba liderlik edən R.Rapportla H.Nakamura artıq Qran-Prinin son mərhələsinin nəticələrindən asılı olmayaraq iddiaçılar turnirinə vəsiqələrini təmin ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.