İDMAN


FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi: Şəhriyar Məmmədyarov yarımfinalda ilk qarşılaşmanı heç-heçə ilə başa vurub

FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi: Şəhriyar Məmmədyarov yarımfinalda ilk qarşılaşmanı heç-heçə ilə başa vurub

Bakı, 31 mart, AZƏRTAC

Almaniyanın paytaxtı Berlində şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinin yarımfinal qarşılaşmaları keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu mərhələdə ABŞ təmsilçisi Hikaru Nakamura ilə ilk görüşünü heç-heçə ilə başa vurub. Yarımfinal mərhələsinin digər qarşılaşmasında ABŞ təmsilçisi Uesli So iranlı şahmatçı Amin Tabatabayini məğlub edib.

Yarışın əsasnaməsinə görə, yarımfinal və final iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq. Qran-Prinin nəticələrinə görə, yarış iştirakçıları reytinq xalları qazanacaqlar. Turnirə aprelin 4-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.