ELM VƏ TƏHSİL


FIDE iddiaçılar turnirinin keçiriləcəyi tarix və məkanla bağlı bir ay ərzində qərar qəbul edəcək

Bakı, 29 iyun, AZƏRTAC

Beynəlxalq Şahmat Federasiyası (FIDE) bir ay ərzində iddiaçılar turnirinin keçiriləcəyi tarix və məkanla bağlı son qərarını verəcək.

AZƏRTAC xəbər verir ki, bununla bağlı FIDE-nin prezidenti Arkadi Dvorkoviç “Şahmat COVID-19-dan sonra” onlayn iclasda məlumat verib. O qeyd edib ki, hələlik danışıqlar aparılır. Böyük ehtimalla turnirin ikinci mərhələsi bu ilin avqust-sentyabr aylarında Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək. Əgər pandemiya ilə bağlı vəziyyətə görə Rusiya turniri keçirə bilməyəcəksə, o zaman digər variantlar nəzərdən keçiriləcək.

Yekaterinburq şəhərində keçirilən iddiaçılar turniri martın 26-da, 7 turdan sonra koronavirus pandemiyasına görə dayandırılıb.

Ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.