İDMAN


FIDE-nin 2019-cu il üçün büdcəsi cari ildəkindən 2,4 dəfə çox olacaq

Bakı, 17 dekabr, AZƏRTAC

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2019-cu il üçün büdcəsini açıqlayıb. FIDE-nin yeni prezidenti Arkadi Dvorkoviçin seçkiqabağı təşviqat kampaniyasında vəd etdiyi kimi, büdcə hissolunacaq dərəcədə artırılıb. Cari il üçün FIDE-nin büdcəsi cəmi 2,3 milyon avro olduğu halda, 2019-cu ildə bu rəqəm 2,4 dəfə çox – 5,5 milyon avro təşkil edəcək.

Bu barədə A.Dvorkoviç FIDE-nin saytına açıqlamasında məlumat verib. FIDE prezidenti bundan sonra təşkilatçılar və şahmatçılar tərəfindən quruma üzvlük haqlarının azaldılması istiqamətində də işlərin aparıldığını vurğulayıb. Bildirib ki, yeni ildən bu ödənişlərin nəzərəçarpacaq dərəcədə azaldılması gözlənilir. Bu yeniliklər xüsusilə yeniyetmələr və yaşlı şahmatçılar üçün tətbiq olunacaq. Şahmatın inkişafı məqsədilə gələn ildən daha çox vəsait xərclənəcək. Bu proses federasiyaların üzvlük haqlarının azaldılması fonunda həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.