İDMAN


FIDE-nin prezidenti şahmat ölkələrini Paralimpiadada iştirak etməyə çağırıb

Bakı, 4 dekabr, AZƏRTAC

İlk Ümumdünya Onlayn Paralimpiadasında 45 milli federasiyadan 400-dən çox idmançı iştirak edib. Amma bu yarışda daha çox ölkənin iştirak etməsini istəyirik.

AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyinə müsahibəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç bildirib.

Qeyd edib ki, 60 komandanın qatıldığı yarış möhtəşəm və gərgin idman mübarizəsi şəraitində keçib. Yarışda iştirak edən bütün milli federasiyalara, komanda menecerlərinə və məşqçilərə təşəkkür edirəm. Turnirin qalibi Polşa, gümüş və bürünc medallara isə Rusiya və Ukrayna komandaları sahib olublar. Hər üç komandanı təbrik edirəm.

Qeyd edək ki, Paralimpiadada heyətində Aydın Şahpələngov, Gennadi Gelman, Həbibulla Ağalarov, Nadejda Belyayevanın yer aldığı Azərbaycan yığması da çıxış edib. Komandamız seçmə turnirdə 44-cü yeri tutmaqla pley-ofdan kənarda qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.