İDMAN


FIDE prezidenti: Dünya çempionluğuna namizədi müəyyənləşdirəcək turnir Kazanda keçiriləcək

Bakı, 31 dekabr, AZƏRTAC

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç dünya çempionluğu uğrunda mübarizə aparacaq qadın şahmatçını müəyyənləşdirəcək turnirin keçiriləcəyi şəhərin adını açıqlayıb.

AZƏRTAC “rsport.ria.ru”ya istinadla xəbər verir ki, FIDE rəsmisi yarışın 2019-cu ildə Rusiyanın Kazan şəhərində keçiriləcəyi ilə bağlı “Tvitter” səhifəsində məlumat paylaşıb.

"Məmnuniyyətlə bildirirəm ki, qadınlar arasında dünya çempionluğuna namizədi müəyyən etmək üçün şahmat yarışları 2019-cu il mayın 29-da Kazan şəhərində start götürəcək”, - deyə Dvorkoviç bildirib.

Turnirin qalibi şahmat tacı uğrunda hazırkı dünya çempionu çinli Szyuy Venszyuna qarşı mübarizə aparmaq hüququ qazanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.