İDMAN


FIDE şahmat veteranlarına illik 50 min avro məbləğində büdcə dəstəyini davam etdirəcək

Bakı, 24 aprel, AZƏRTAC

Beynəlxalq Şahmat Federasiyası (FIDE) Prezident Şurasının 4-cü iclasının qərarına əsasən, şahmat veteranlarına illik 50 min avro məbləğində büdcə dəstəyi davam etdiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə FIDE-nin rəsmi saytında məlumat verilib. Bu məbləğdən 30 min avro yaşı 50+ və 65+ olan şahmatçıların şəxsi dünya çempionatının mükafat fondu üçün ayrılacaq. İyirmi min avro isə şahmatın inkişafına töhfələr verən, lakin hazırda maliyyə vəziyyəti sabit olmayan və yaşı 65-dən yuxarı şahmatçılar üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.