İDMAN


FIDE veteran şahmatçılara dəstəyini davam etdirir

Bakı, 29 iyul, AZƏRTAC

Beynəlxalq Şahmat Federasiyası (FIDE) veteran şahmatçılara illik 50 min avro məbləğində dəstəyini davam etdirir.

AZƏRTAC xəbər verir ki, bu barədə FIDE-nin rəsmi saytında məlumat verilib. Belə ki, apreldə bu məbləğdən 35 min avro şahmatın inkişafına töhfə verən veteran idmançılar arasında bölüşdürülüb. FIDE Şurası tərəfindən təyin olunmuş xüsusi komissiya, daha 15 min avronun veteranlar arasında bölüşdürülməsi üçün müraciətlərə baxacaq. Müraciətlərin qəbulu avqustun 10-dək davam edəcək.

Vəsait şahmatın inkişafında böyük əməyi olan, lakin hazırda maliyyə vəziyyəti sabit olmayan və yaşı 65-dən yuxarı şahmatçılar, məşqçilər və mütəxəssislər üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.