İDMAN


FIFA 2021-ci ilə planlaşdırılan yeni klub turnirinin hazırlıqlarına başlayıb

Bakı, 16 aprel, AZƏRTAC

FIFA 2021-ci ildə təşkil olunması planlaşdırılan yeni klub turnirinin hazırlıqlarına başlayıb.

AZƏRTAC xəbər verir ki, klublararası dünya kuboku yarışlarının alternativi kimi düşünülən yeni turnir dörd ildən bir keçiriləcək və birincilik uğrunda 24 komanda mübarizə aparacaq. Hər il keçirilən klublararası dünya kuboku yarışlarının nüfuz qazanmaması ilə əlaqədar yaradılacaq yeni turnir iyun və ya iyul aylarında üç həftəlik dövrdə təşkil ediləcək.

Dörd ildən bir keçirilməsi planlaşdırılan yarışda 8 qrupun hər birində 3 klub mübarizə aparacaq. Qrup qalibləri dörddəbir finala yüksələcəklər. Klubların dünya çempionatında, ümumilikdə 31 oyunun keçirilməsi nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.