İDMAN


FIFA “Barselona”ya Xulian Arauxonu transfer etməyə icazə verməyib

FIFA “Barselona”ya Xulian Arauxonu transfer etməyə icazə verməyib

Bakı, 4 fevral, AZƏRTAC

FIFA “Barselona” klubuna “Los-Anceles Qalaksi”nin müdafiəçisi Xulian Arauxonu transfer etməyə icazə verməyib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Kataloniya klubu futbolçu ilə 2026-cı ilin iyun ayınadək müqaviləni razılaşdırıb. Lakin “Barselona” müdafiəçini FIFA-dan qeydiyyatdan keçirə bilməyib. Buna qeydiyyat prosesinin başa çatması və klubun 18 saniyə gecikməsi səbəb olub.

Kataloniya təmsilçisi müqaviləni imzalamaq üçün FIFA-ya müraciət etsə də, ali futbol qurumu sağ cinah müdafiəçisinin transferinin hazırkı qaydalara uyğun olaraq tamamlanmadığını qeyd edib.

İyirmi bir yaşlı meksikalı futbolçu ötən mövsüm “Los-Anceles Qalaksi”də keçirdiyi 40 oyunda 1 qol vurub və 5 məhsuldar ötürmə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.