FİFA-NIN AYLIQ REYTİNQ CƏDVƏLİ DƏRC EDİLMİŞDİR
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, yığma futbol komandalarının hər ay FİFA tərəfindən dərc edilən reytinq cədvəlində liderlər üçlüyü dəyişməz qalmışdır - Braziliya, Fransa və İspaniya.
Rusiya yığma komandası norveçlilərə məğlub olduqdan sonra 30-cu yerə enmişdir. Rumıniya yığması Almaniya komandası üzərində inamlı qələbədən sonra 5 pillə yuxarı qalxaraq, hazırda 23-cü yeri tutur. Almaniya isə iki pillə aşağı düşərək (9-cu yer), Türkiyəni (7-ci yer) və ABŞ-ı (8-ci yer) irəli buraxmışdır. Nigeriya yığması reytinq pillələri ilə uğurla qalxmaqda davam edir. Bu komanda 2003-cü ilin dekabrından bəri 19 pillə qalxmışdır (35-ci yerdən 16-cı yerə).
Azərbaycanın yığma komandası reytinq cədvəlində116-cı yerdədir. Müqayisə üçün deyək ki, Türkmənistanın yığma komandası cədvəldə 87-ci mövqe tutur.
Xəbərin mətnində orfoqrafik səhv var