İDMAN
FİFA TƏKZİB EDİR
FİFA-nın rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir: “Marka” qəzeti yazmışdır ki, FİFA səsvermənin nəticələrini yenidən nəzərdən keçirərək, öz səhvini etiraf etmiş və Kannavaroya təqdim olunmuş mükafatı Zidana verməyi qərara almışdır. Bu, tamamilə uydurma və zarafatdır”.
FİFA həmçinin bildirmişdir ki, İspaniya qəzetinin məqaləsi Avropanın bir çox ölkələrində jurnalistləri aldatmışdır. Bundan dərhal sonra bu ölkələrin KİV-ləri beynəlxalq federasiyanın mətbuat xidmətinə zəng vuraraq, məsələyə aydınlıq gətirməyi xahiş etmişlər.
“Marka”nın bu məqaləni dekabrın məhz 28-də dərc etməsi təsadüfi deyildir. Məsələ ondadır ki, dekabrın 28-də İspaniyada Dia de İnocentes (Günahsızlar günü) adlandırılan bayram qeyd edilir ki, bu isə 1 aprelin analoqudur.