İDMAN


FIFA "Liverpul" klubuna kompensasiya ödəyəcək

Bakı, 15 noyabr, Nicat Məmmədov, AZƏRTAC

FIFA İngiltərənin "Liverpul" klubuna 2 milyon funt- sterlinq məbləğində kompensasiya ödəyəcək.

AZƏRTAC xəbər verir ki, ödəniş klubun müdafiəçisi Co Qomesin yığmada zədələnməsi ilə əlaqədar aparılacaq.

İyirmi üç yaşlı oyunçu millinin düşərgəsində dizindən xəsarət alaraq uzun müddətədək sıradan çıxıb. FIFA Qomesə kompensasiya ödəməyə razılaşıb.

Qeyd edək ki, bunadək "Liverpul"da daha bir müdafiəçisi Virgil van Deyk və yarımmüdafiəçi Fabinyo da sıradan çıxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.