İDMAN


FIFA dünya çempionatında iştirak edən komandaların mükafatını açıqlayıb

Bakı, 16 iyul, AZƏRTAC

Rusiyada keçirilən dünya çempionatındakı qələbə Fransa millisinə FIFA tərəfindən 38 milyon dollar pul mükafatı qazandırıb.

AZƏRTAC FIFA-nın rəsmi saytına istinadla xəbər verir ki, dünya çempionatının ümumi mükafat fondu 400 milyon dollar təşkil edib. Mundialın gümüş mükafatçısı Xorvatiya millisi 28 milyon dollar gəlir əldə edib. Üçüncü yeri tutan belçikalılar 24, İngiltərə yığması isə 22 milyon dollar qazanıb.

Həmçinin dünya çempionatının "play-off" mərhələsinin digər iştirakçılarının da qazandığı məbləğ açıqlanıb. Dörddəbir final mərhələsində mübarizəsini dayandıran Rusiya millisi, İsveç, Braziliya və Uruqvay komandaları 16 milyon dollar, səkkizdəbir finalda turniri tərk edən İspaniya, Danimarka, İsveçrə, Kolumbiya, Argentina, Meksika, Portuqaliya və Yaponiya komandaları isə 12 milyon dollar qazanacaqlar. FIFA qrup mərhələsindəki iştirakçıların hərəsinə 8 milyon dollar verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.