İDMAN


FIFA dünya çempionatında yeni ofsayd aşkarlama sistemindən istifadə edəcək

Bakı, 1 iyul, AZƏRTAC

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında yarıavtomatik ofsayd aşkarlama sistemindən istifadə olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb. Stadionun damının altında quraşdırılan 12 xüsusi kamera topun mövqeyini və hər bir oyunçunun bədənində ofsayda düşə biləcək bütün hissələri də daxil olmaqla 29 nöqtəni izləyəcək. Mundialda istifadə olunacaq topların içərisində xüsusi sensor quraşdırılacaq. Yeni texnologiya sayəsində video köməkçi hakimlər futbolçuların komanda yoldaşının ötürməsi zamanı onun oyundankənar vəziyyətdə olması barədə avtomatik bildiriş alacaqlar.

Bundan sonra həmin an VAR vasitəsi ilə yoxlanacaq və vəziyyət barədə baş hakimə məlumat veriləcək. Qərar təsdiqləndikdən sonra stadionda və yayımda ofsayd anını əks etdirən 3D animasiya nümayiş etdiriləcək.

Yeni ofsaydın müəyyən edilməsi prosesinin bir neçə saniyə çəkəcəyi iddia edilir.

Qeyd edək ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.