İDMAN


FIFA-nın prezidenti Cianni İnfantino: Yaxın gələcəkdə Bakıya yenidən qayıdacağım günü səbirsizliklə gözləyəcəyəm

Bakı, 21 iyun, AZƏRTAC

Yenidən Bakıya gəldiyim və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasındakı (AFFA) dostlarımı gördüyüm üçün çox şadam. Uzun illərdir tanıdığım AFFA prezidenti Rövnəq Abdullayev və onun rəhbərlik etdiyi komandanın üzvləri ilə ünsiyyətdə olmaqdan hər zaman məmnunluq hissi keçirirəm.

AZƏRTAC xəbər verir ki, bunu “Avro-2020”nin A qrupu çərçivəsində keçirilən İsveçrə-Türkiyə oyununu izləmək üçün Bakıya gələn FIFA prezidenti Cianni İnfantino deyib.

FIFA rəsmisi bildirib: “Bir neçə maraqlı mövzu ətrafında səmərəli müzakirələrimiz oldu. AFFA hər zaman FIFA-nın dəstəyinə əmin ola bilər. FIFA isə AFFA-nın gələcəkdə də Azərbaycanda və regionda futbolun inkişafına böyük töhfələr verəcəyinə inanır. Ümid edirəm ki, Azərbaycana növbəti səfərim daha uzunmüddətli olacaq. Yaxın gələcəkdə Bakıya yenidən qayıdacağım günü səbirsizliklə gözləyəcəyəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.