İDMAN
FIFA-nın prezidenti “Qarabağ” klubunu təbrik edib

Bakı, 1 iyun, AZƏRTAC
FIFA prezidenti Canni İnfantino Azərbaycan Premyer Liqasının qalibi olmuş “Qarabağ” klubunu təbrik edib.
AZƏRTAC xəbər verir ki, funksioner bununla bağlı AFFA prezidenti Rövnəq Abdullayevə məktub ünvanlayıb.
Məktubda deyilir: “Hörmətli prezident, “Qarabağ” FK-nı 2022/2023-cü illər mövsümündə Azərbaycanın çempionu olması münasibətilə böyük məmnuniyyətlə təbrik edirəm!
Bu titul komandanın zəhməti, ehtirası və fədakarlığı olmadan əldə edilə bilməzdi. Klubdakı hər kəslə fəxr edə bilərsiniz. Bu böyük nailiyyətdə əməyi keçən hər kəsə mənim təbriklərimi çatdırın.
Fürsətdən istifadə edərək sizə və rəhbərlik etdiyiniz assosiasiyaya Azərbaycanda və Avropada futbolun inkişafına və tərəqqisinə verdiyiniz töhfələrə görə bütün futbol ictimaiyyəti adından təşəkkür edirəm.
Ən yaxın zamanda sizinlə görüşümüzü səbirsizliklə gözləyirəm".
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 03.10.2023 [18:46]
Kəmər güləşi üzrə Azərbaycan millisi Avropa ikincisi olub
- 03.10.2023 [18:30]
Fərid Qayıbov Lənkəranda Regional Boks Mərkəzinin vəziyyəti ilə tanış olub
- 03.10.2023 [17:12]
“Sumqayıt”ın hücumçusu Azərbaycan millisi ilə oyuna dəvət alıb
- 03.10.2023 [16:26]
Azərbaycanın daha 13 güləşçisi Bakıdakı yarışda medal qazanıb
- 03.10.2023 [15:53]
Azərbaycan millisinin sabiq futbolçusu məşqçi kurslarına qatılıb
- 03.10.2023 [14:36]
“Qəbələ” UEFA Gənclər Liqasının oyunları üçün iştirak ərizəsini açıqlayıb
- 03.10.2023 [14:15]