İDMAN


FIFA prezidenti Canni İnfantino “Qarabağ”ı çempionluq münasibətilə təbrik edib

Bakı, 11 may, AZƏRTAC

FIFA prezidenti Canni İnfantino “Qarabağ” futbol Klubunu Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünün qalibi olması münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar ali futbol qurumunun rəhbəri AFFA-nın prezidenti Rövnəq Abdullayevə məktub ünvanlayıb.

Məktubda deyilir: “Bütün komandanın gərgin əməyi, şövqü və fədakarlığı olmadan belə nəticə mümkün olmazdı. Bununla əlaqədar klubun hər bir üzvü böyük qürur hissi keçirə bilər. Zəhmət olmasa, mənim təbrikimi bu möhtəşəm zəfərin qazanılmasında pay sahibi olan hər kəsə çatdırın”.

“Fürsətdən istifadə edərək sizə və rəhbərlik etdiyiniz assosiasiyaya Azərbaycanda və Avropada futbolun inkişafına və tərəqqisinə verdiyiniz töhfələrə görə bütün futbol ictimaiyyəti adından təşəkkür edirəm. Ən yaxın zamanda sizinlə görüşümüzü səbirsizliklə gözləyirəm”, - deyə C.İnfantino əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.