İDMAN


FİFA qadınlar arasında DÇ-2023-ün keçirilməsi üçün dörd sifariş alıb

Bakı, 14 dekabr, AZƏRTAC

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) 2023-cü ildə qadınlar arasında dünya çempionatının keçirilməsi üçün dörd sifariş alıb.

AZƏRTAC FİFA-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, həmin turnirin keçirilməsinə Braziliya, Kolumbiya, Yaponiya, həmçinin Avstraliya və Yeni Zelandiya (birgə sifariş) iddia edirlər.

Yanvar və fevral aylarında FİFA dünya çempionatına ev sahibliyi etməyə namizəd ölkələrdə yoxlama səfərləri təşkil edəcək. Çempionatın keçiriləcəyi yer 2020-ci ilin iyununda FİFA Şurasının iclasında seçiləcək.

Xatirladaq ki, qadınlar arasında 2019-cu ildə Fransada keçirilmiş futbol üzrə dünya çempionatında ABŞ yığması qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.