İDMAN


FIFA qadınlar arasında futbolun inkişafına 449 milyon avro milyon avro sərmayə yatırır

Madrid, 23 oktyabr, AZƏRTAC

FIFA qarşıdan gələn dörd ildə qadınlar arasında futbolun inkişafına 500 milyon dollar (449 milyon avro) ayıracaq.

AZƏRTAC xəbər verir ki, FIFA qadınlar arasında yarışları stimullaşdırmaq məqsədi ilə Milli Komandalar üçün Dünya Qadınlar Liqasının yaradılması, habelə qadınlardan ibarət klublar arasında dünya çempionatının keçirilməsi və gənclər turnirlərinin inkişaf etdirilməsi təşəbbüsünü irəli sürəcək.

Bu barədə qərar 2020-ci ilin martında qəbul ediləcək.

FIFA qadın futbolçulara daha yüksək qonorarlar təklif etmək üçün qadınlar arasında dünya çempionatında müqavilələri yenidən nəzərdən keçirməyi də planlaşdırır.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.