İDMAN


FIFA referilərimiz Avropa Liqasına təyinat alıblar

Bakı, 12 iyul, AZƏRTAC

FIFA referilərimiz futbol üzrə UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunlarına təyinat alıblar.

AZƏRTAC xəbər verir ki, iyulun 19-da keçiriləcək “OFK Titoqrad” (Monteneqro) – “B36 Torşavn” (Farer adaları) oyununu baş hakim Ömər Paşayev idarə edəcək. Baş hakimin köməkçiləri Namiq Hüseynov və Mübariz Haşımov olacaqlar. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.

Həmyerlimiz Rəhim Həsənov “Zaria Balti” (Moldova) – “Qornik Zabrze” (Polşa) matçında ədaləti qoruyacaq. Baş hakimə Yaşar Abbasov və Akif Əmirəli kömək edəcəklər. Matçın dördüncü hakimi Rauf Cabbarov olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.