FİLİPPİNDƏ QASIRĞA 300 ADAMIN HƏYATINA SON QOYDU
AzerTAg.az
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Filippində qasırğa nəticəsində baş vermiş daşqınlar və sürüşmələr 300-dən çox adamın həyatına son qoymuşdur. Yerli hakimiyyət nümayəndələrinin verdiyi məlumatda bildirilir ki, minlərlə adam evsiz-eşiksiz qalmış, pis hava şəraiti itkin düşənlərin axtarışına çətinlik törədir.
Bu hadisədən bir həftə öncə Filippində baş verən fəlakətdə 160 nəfərin həlak olduğu elan edilmişdi. Hazırda adalara növbəti “Nanmadol” qasırğası yaxınlaşmaqdadır. Sinoptiklərin fikrincə, bu qasırğa əvvəlkilərdən daha güclüdür.
Filippinin sosial təminat naziri Korason Soliman bildirmişdir ki, çoxsaylı qurbanlara meşələrin düşüncəsiz qırılmasından yaranan torpaq eroziyaları və bunların da nəticəsində baş verən palçıq axınları səbəb olmuşdur.
Xəbərin mətnində orfoqrafik səhv var