İDMAN
FİNALDA ERMƏNİSTAN İDMANÇISINA QALİB GƏLƏN AZƏRBAYCANSAMBOÇUSU DÜNYA ÇEMPİONU ADINI QAZANMIŞDIR
Yeniyetmələrin arasında 48 kiloqram çəki dərəcəsi üzrə finala çıxmış Əfqan Abdullayev həlledici görüşdə erməni Artavazd Minasyana qalib gələrək dünya çempionu adını qazanmışdır.
Gənclər arasında mübarizə aparan Cavidan Qarayev (48 kq) finalda Monqolustan idmançısı Daşdavaa Amortvijinə məğlub olaraq, gümüş medalla kifayətlənmişdir.
Üçüncü yer uğrunda qarşılaşmada Ermənistan təmsilçisinə qalib gələn Pərviz Nəzərov (52 kq) bürünc medala layiq görülmüşdür.
Daha iki idmançımız - Emin Həsənov (65 kq) yeniyetmələr, Zamiq Kazımov (100 kq-dan yuxarı) isə gənclər arasında final mərhələsinə qalxmışlar. Bu idmançılar məğlub olacağı təqdirdə belə, ən azı gümüş medalları özlərinə təmin etmişlər.
Oktyabrın 15-də isə daha 5 samboçumuz mübarizəyə qoşulacaqdır.