İDMAN
FİNALDA FRANSA VƏ İTALİYA KOMANDALARI GÖRÜŞƏCƏKLƏR
AZƏRTAC xəbər verir ki, iyulun 5-də Dünya Futbol çempionatının ikinci yarımfinal görüşü olmuşdur.
Münxen şəhərində Fransa ilə Portuqaliya komandalarının görüşü 1:0 hesabı ilə fransızların xeyrinə başa çatmışdır. Yeganə topu 33-cü dəqiqədə 11 metrlik cərimə zərbəsi ilə Zinəddin Zidan vurmuşdur.
Beləliklə, iyulun 9-da Berlində keçiriləcək final oyununda üçqat dünya çempionu İtaliya komandası ilə bu titula bir dəfə sahib olan Fransa yığması qarşılaşacaqlar.
Portuqaliya yığması isə iyulun 8-də meydan sahibləri olan Almaniya komandası ilə oyunda üçüncü yer uğrunda mübarizə aparacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [14:12]
“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub
- 25.04.2024 [12:53]
Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq
- 25.04.2024 [11:58]
Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam
- 25.04.2024 [11:06]
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
- 25.04.2024 [10:46]