İQTİSADİYYAT


“FINCA AZƏRBAYCAN” QBKT MMC-nin istiqrazlarının “Açılış Zəngi” mərasimi keçirilib

“FINCA AZƏRBAYCAN” QBKT MMC-nin istiqrazlarının “Açılış Zəngi” mərasimi keçirilib

Bakı, 27 dekabr, AZƏRTAC

Dekabrın 27-də Bakı Fond Birjasında (BFB) "FINCA AZƏRBAYCAN" QBKT MMC-nin kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədilə “Açılış Zəngi” mərasimi keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, 3 milyon manat həcmində olan yerləşdirmənin anderraytinq xidmətini “AzFinance İnvestisiya Şirkəti” QSC həyata keçirib. Açılış mərasimində emitent olaraq “FINCA AZƏRBAYCAN” QBKT MMC-nin İdarə Heyətinin sədri Timothy Tarrant, birja üzvü və anderraytinq tərəfindən “AzFinance İnvestisiya Şirkəti” QSC-nin direktoru İntiqam Səfərəliyev, BFB-nin sədri vəzifəsini müvəqqəti icra edən Eldar Abdullayev “Açılış Zəngi” mərasimini açıq elan edərək, “FINCA AZƏRBAYCAN” QBKT MMC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı, vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını söyləyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.