“FİNCA AZƏRBAYCAN” QBKT MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac olub
AzerTAg.az

Bakı, 27 dekabr, AZƏRTAC
Dekabrın 27-də Bakı Fond Birjasında (BFB) “FİNCA AZƏRBAYCAN” QBKT MMC-nin tədavül müddəti 2 təqvim ili olan AZ2002019209 dövlət qeydiyyat nömrəli, 3 milyon AZN həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 5 investor tərəfindən beş sifariş təqdim edilib. İstiqrazın illik faiz dərəcəsi 12,5 faiz, faiz ödənişləri 3 təqvim ayından bir olmaqla investorlara ödənilir. Hərrac qiyməti 1,000.00, sifarişlərin nominal qiymətlə ümumi məbləği və istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 3 milyon AZN təşkil edib. İstiqrazlar 2023-cü il dekabrın 17-də ödəniləcək. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Xəbərin mətnində orfoqrafik səhv var