İQTİSADİYYAT


“FINCA Azerbaijan” Qəbələ və İsmayıllı filiallarının uğurlarını yüksək qiymətləndirib

“FINCA Azerbaijan” Qəbələ və İsmayıllı filiallarının uğurlarını yüksək qiymətləndirib

Bakı, 25 iyul (AZƏRTAC). “FINCA Azerbaijan” qeyri-bank kredit təşkilatı Qəbələ filialının yeni inzibati binasının açılış mərasimi keçirilib.

Təşkilatdan AZƏRTAC-a bildirilib ki, filial 1500 nəfərdən çox müştəriyə - kiçik və orta sahibkarlara biznes və kənd təsərrüfatı kreditləri verir.

Həmin gün təşkilatın İsmayıllı filialı da növbəti uğurlarından birinə - 10 milyon kredit portfeli hədəfinə çatmasına həsr olunmuş tədbir təşkil edib. Tədbirlərdə təşkilatın rəhbər şəxsləri ilə yanaşı, yerli dövlət qurumları, tərəfdaş bankların nümayəndələri, müştərilər və rayonun İvanovka qəsəbəsinin rəqs qrupu da iştirak edib.

Kredit portfelinə görə mərkəz regionunda lider olan İsmayıllı filialı tədbirdə filialın 10 milyon kredit portfelinə çatmasında rolu olan müştərisi daxil olmaqla, ən uzun müddət əməkdaşlıq etdiyi 3 müştərisini də dəyərli hədiyyələrlə mükafatlandırıb.

Bununla yanaşı, “FINCA Azerbaijan”ın 65 filialında icra olunan “150.000-də bir müştəri” adlı kampaniya çərçivəsində Qəbələ, İsmayıllı və Ağsu rayonlarından olan müştərilərə də xüsusi hədiyyələr təqdim olunub.

İsmayıllı filialı hazırda 6 mindən çox müştəriyə maliyyə xidmətləri göstərir.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.