İQTİSADİYYAT
“FINCA Azerbaijan” stimullaşdırıcı kredit lotereyası təqdim edir
Bakı, 8 iyul (AZƏRTAC). “FINCA Azerbaijan” Məhdud Məsuliyyətli Qeyri-Bank Kredit Təşkilatı müştəriləri üçün loyallıq layihəsi çərçivəsində iyulun 7-dən sentyabrın 5-dək “Hədiyyəli kredit” stimullaşdırıcı lotereyası təqdim edir.
Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, lotereya kampaniyası ərzində kredit götürən müştərilərə 256 ədəd dəyərli hədiyyə qazanmaq imkan yaradılacaqdır. Lotereyanın uduş fondu 2 tirajda oynanılacaqdır. Birinci tirajın avqustun 11-də, ikinci tirajın isə sentyabrın 10-da keçirilməsi nəzərdə tutulur.
Ətraflı məlumatı www.fincaazerbaijan.com internet ünvanından və https://www.facebook.com/FincaAzerbaijan rəsmi facebook səhifəsindən, habelə *2525 nömrəli telefon məlumat mərkəzindən əldə etmək olar.