İQTİSADİYYAT


“FINCA Azerbaijan” yeni ofisini açmışdır

Bakı, 18 aprel (AZƏRTAC). Müştərilərə göstərdiyi xidmət səviyyəsini daim artırmağa çalışan “Finca Azerbaijan” qeyri-bank kredit təşkilatı Beyləqanda yeni ofis filialını açmışdır. 

Bankdan AZƏRTAC-a bildirmişlər ki, açılış mərasimində Beyləqan rayon İcra Hakiminin birinci müavini, “Finca Azerbaijan”ın ölkə direktoru Timoti Tarrant və digər rəhbər şəxslər, həmçinin müxtəlif bankların nümayəndələri iştirak etmişlər.

Tədbirdə filialla uzun illər əməkdaşlıq edən 4 müştəri dəyərli hədiyyələrlə mükafatlandırılmışlar. Həmçinin, bankın bütün 65 filialını əhatə edən “hər filialda 150.000-də birinci müştəri” adlı kampaniya çərçivəsində Beyləqan və Füzuli filiallarından olan müştərilər də onlar üçün hazırlanmış xüsusi hədiyyələrə sahib olmuşdur.

Ümumiyyətlə, regionda 11 ildən artıq fəaliyyət göstərən Beyləqan filialı hazırda əsasən əkinçilik, heyvandarlıq və kiçik bizneslə məşğul olan 4 min nəfərdən çox müştəriyə maliyyə xidmətləri göstərir.

“Finca Azerbaijan” təşkilatı cari olaraq ölkənin bütün regionlarını əhatə edən 65 filial vasitəsilə 152 min nəfərdən artıq aktiv müştəriyə - kiçik və orta sahibkarlara müxtəlif kredit məhsulları təqdim edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.