İQTİSADİYYAT
“FINCA Azerbaijan” yeni sosial layihənin icrasına başlamışdır
Bakı, 31 oktyabr (AZƏRTAC). “FINCA Azerbaijan” qeyri-bank kredit təşkilatı yeni sosial layihəyə imza atmışdır.
Təşkilatdan AZƏRTAC-a bildirmişlər ki, “FINCA Azerbaijan” “Azərbaycan Sosial İş” İctimai Birliyi ilə əməkdaşlıq edərək Mərdəkan qəsəbəsində fəaliyyət göstərən Ailə, Uşaq və Gənc Təlim və Məsləhət Mərkəzinə maliyyə dəstəyi göstərəcəkdir.
Mərkəz Xəzər rayonunun Mərdəkan, Şüvəlan, Buzovna, Qala, Zirə, Binə, Türkan, Gürgan və Şağan kəndlərində yaşayan aztəminatlı ailələrə, eləcə də kimsəsiz uşaqlara psixoloji yardım göstərir. Bütün xidmətlər pulsuzdur.
İlkin olaraq 30 uşaq və 60 ailə psixoloji yardımdan, dövlət uşaq müəssisələrində işləyən mütəxəssislər isə uşaq inkişafı sahəsində təlimdən faydalana biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]