İQTİSADİYYAT
“FINCA Azerbaijan”ın Xırdalan filialı bir illiyini qeyd edir
Bakı, 30 noyabr (AZƏRTAC). “FINCA Azerbaijan” qeyri-bank kredit təşkilatının Abşeron rayonunda fəaliyyət göstərən filialları arasında ən gənci olan Xırdalan filialı fəaliyyətinin 1 illiyini qeyd edir.
“FINCA Azerbaijan”dan AZƏRTAC-a bildirmişlər ki, qurumun ötən müddətdə uğurlu fəaliyyətinin nəticəsi olaraq hazırda filialın kredit portfelinin həcmi 1,5 milyon ABŞ dolları, müştərilərinin sayı isə 1.000 nəfər təşkil edir.
Filial Xırdalan şəhərində, Masazır, Binəqədi, Mehdiabad, Müşfiqabad, Sulutəpə və digər qəsəbələrdə çalışan orta və kiçik sahibkarlara daha rahat və əlverişli şərtlərlə, qısa müddət ərzində 50 -50.000 ABŞ dolları məbləğində kənd kredit qrupu, həmrəy kredit qrupu, ekspres kredit, kiçik və orta sahibkarlıq və fərdi kənd kredit məhsulları üzrə kreditlər təqdim edir.
“FINCA Azerbaijan”ın Xırdalan filialı, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ünvanda müştərilərə xidmət göstərir.