İQTİSADİYYAT
FM RADİO VERİLİŞLƏRİNƏ YENİ SİSTEM TƏTBİQ OLUNMUŞDUR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyi Azərbaycanın bütün bölgələrində, həmçinin Bakı şəhərində respublika radiosunun 1-ci və “Araz” proqramları ilə yayımlanan FM radio verilişlərinə yeni radio-data sistemi (RDS) tətbiq etmişdir.
Nazirlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu sistemin üstünlüyü ondan ibarətdir ki, müxtəlif markalı avtomobillərdə quraşdırılan və üzərində RDS işarəsi olan müasir tipli radioqəbuledicilərdə hər iki proqram bir bölgədən digər bölgəyə keçərkən orada yayımlanan radiotezliyə avtomatik olaraq köklənir. Həmin radioqəbuledicilərin displeyində radio proqramının adı, tezliyi, yayımlandığı stansiya haqda bilgi də verilir.
“Teleradio” İB-dən 98-80-66 nömrəli telefon vasitəsilə əlavə məlumat almaq mümkündür.