DÜNYA


“FORBES” JURNALI DÜNYANIN 10 ƏN MÜASİR ŞƏHƏRİNİN ADINI AÇIQLAMIŞDIR

Bakı, 23 aprel (AZƏRTAC). “Forbes” jurnalı yazır: “Dünyanın heç bir şəhəri London və onun kosmopolit mühiti ilə rəqabət apara bilməz. Şəhər əhalisinin üçdəbiri Britaniyanın hüdudlarından kənarda doğulmuşdur. Londonlular müxtəlif mədəniyyətlərdən bəhrələnərək ümumi ab-hava, dəb və mətbəx yaratmışlar. Bu qatışıq dünyanın ən müasir şəhərini misilsiz flüidlərlə zənginləşdirir”.

Əlbəttə, Londonun da mənfi cəhətləri vardır. Ekspertlər birliyi şəhərə iki irad tutmuşdur: zəif təhlükəsizlik səviyyəsi və yüksək qiymətlər. Hərçənd “Forbes” sonuncu çatışmazlıqla barışmağa hazırdır, çünki “ucuzluğun” dəbdəbə ilə bir araya sığmadığını etiraf edir.

Dünyanın ən müasir ikinci şəhəri Paris sayılmışdır. Ekspertlər Parisin romantikliyini, klassik üslubunu və dəblə ayaqlaşdığını, ləziz mətbəxini diqqətə çəkmişlər.

Bu siyahıda üçüncü yerdə Sidney gəlir. O, həqiqətən dünyanın ən gözəl şəhərlərindən sayılır. Yeri gəlmişkən, Avstraliya və İspaniyanın top-onluğa iki şəhəri daxil olmuşdur.

Reytinq cədvəlinə London, Paris, Sidney, Nyu-York, Roma, Berlin, Barselona, Amsterdam, Madrid şəhərləri də daxil olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.