FOTOSƏRGİ NÜMAYİŞ ETDİRİLMİŞDİR
Mingəçevir şahmat məktəbində 15 ölkənin fotoqraflarının 100 ən yaxşı işindən ibarət fotosərgi tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Azərbaycan Fotoqraflar Birliyinin sədri Rafiq Qəmbərov AZƏRTAC-ın müxbirinə demişdir ki, sərgi Avropa Şurasının Strasburqdakı iqamətgahında da nümayiş etdiriləcəkdir. Sərgiyə Bakı Beynəlxalq Festivalının prizini almış mingəçevirli fotoqraf Şahin Məmmədlinin Azərbaycanın qaçqın uşaqlarının həyatından bəhs edən 4 fotoşəkli də daxil edilmişdir.