SİYASƏT


FÖVQƏLADƏ HALLARIN ARADAN QALDIRILMASI SAHƏSİNDƏ ƏMƏKDAŞLIQLA BAĞLI TƏDBİRLƏR GUÖAM ÖLKƏLƏRİ ARASINDA ƏMƏKDAŞLIĞI GÜCLƏNDİRƏCƏK

GUÖAM ölkələrinin Mülki Müdafiə İdarələri üçün nəzərdə tutulmuş “GUÖAM regionunda təbii və texnogen fəlakətlərin və mümkün olan terror aktlarının qarşısının alınması üzrə dövlətlərarası əməkdaşlıq sahəsində” mülki-hərbi fövqəladə planlaşdırma seminarı öz işini davam etdirmişdir. Tədbir iştirakçıları iyulun 23-də Avropa otelində jurnalistlər üçün brifinq keçirmişlər.

Azərbaycan Respublikası Mülki Müdafiə İdarəsinin rəisi polkovnik Cavad Qasımov bildirmişdir ki, respublika Müdafiə Nazirliyinin və ABŞ-ın birgə təşkil etdikləri seminar GUÖAM ölkələrinə texniki yardım proqramı çərçivəsində keçirilir. Seminarın əsas məqsədi zəlzələlər və terror hücumları, milli qanunvericilik, ikitərəfli və beynəlxalq sazişlər, standart forma və prosedurlar barədə məlumat mübadiləsi, fövqəladə hallar zamanı regional əməkdaşlığın mexanizmləri haqqında GUÖAM çərçivəsində müzakirələr aparmaqdır.

İyulun 21-dən başlayan seminarın qrup iclaslarında ümumi mövzuya uyğun müxtəlif məsələlər müzakirə olunur. Bildirilmişdir ki, GUÖAM regionunda belə tədbirlərin keçirilməsi gələcəkdə fövqəladə halların nəticələrinin aradan qaldırılmasında, humanitar yardımın göstərilməsində və qarşılıqlı əlaqələrin təşkilində böyük əhəmiyyət kəsb edəcəkdir.

Müşahidəçi qismində Türkiyə və Bolqarıstan nümayəndələrinin də iştirak etdikləri seminar iyulun 24-də başa çatacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.