FRANSADA BİR AİLƏNİN FACİƏSİ
AzerTAg.az
Fransanın Sen-Maritim departamentinin Ansurtvil-sür-Erisur şəhərindəki ailələrin birində baş vermiş qanlı faciə bütün sakinləri sarsıtmışdır. Ailənin 14 yaşlı oğlu atasının ov tüfəngi ilə valideynlərini, dörd yaşlı qardaşını qətlə yetirmiş, 12 yaşlı bacısını isə ağır yaralamışdır.
Hadisə yerinə gəlmiş polis ağır yaralı qızı vertolyotla yaxınlıqdakı Ruan şəhərinin xəstəxanasına çatdırmışdır.
Faciə baş vermiş evdə ilkin təhqiqat aparmış polis hələlik hadisənin səbəbi barədə açıqlama verməkdən imtina etmişdir. Qətli törətmiş oğlanın ilkin dindirilməsi də məsələyə tam aydınlıq gətirməmişdir. Polis tərəfindən dindirilmiş yaxın qonşular ailənin problemsiz və mehriban olduğunu, qatili isə psixoloji cəhətdən sağlam, çox sakit təbiətli və mülayim xasiyyətli yeniyetmə kimi xarekterizə etmişlər.
Polis bu faciə ilə bağlı ətraflı məlumat toplamaq üçün yaralı qızın özünə gəlməsini gözləyir.
Xəbərin mətnində orfoqrafik səhv var