DÜNYA


FRANSADA TAPILAN MƏKTUB İKİ ƏSRDƏN SONRA ÜNVANINA ÇATDIRILACAQDIR

Bakı, 21 aprel (AZƏRTAC). Adi məktubun Fransanın bir departamentindən digərinə çatması üçün 200 il vaxt lazım olmuşdur. Jurnalistlər bu hadisəni “əbədi davam edən yazışma” adlandırmışlar.

Göndərilməmiş məktubu hələ on il əvvəl bir təcrübəçi Saiks kommunasının

arxivindən tapmışdır. Məktubun Seiks kommunasındakı ünvanına niyə çatmadığı indiyədək məlum deyildir.

1790-cı ildən göndərilməmiş qalan məktubun təntənəli şəkildə ünvanına çatdırılması mərasimi bu il iyunun 5-də olacaqdır. Fransa poçtu bu münasibətlə 5,5 min nüsxədən ibarət xüsusi zərf seriyası buraxacaqdır. Zərflərin üzərində “Saiksdən Seiksə: itmiş məktub iki əsri, iki kommunanı qovuşdurmuşdur” sözləri yazılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.