MƏDƏNİYYƏT
FRANSALI ƏDƏBİYYATŞÜNAS MİLLİ ELMLƏR AKADEMİYASİ MƏRKƏZİ ELMİ KİTABXANASININ QONAĞI OLMUŞDUR
Azərbaycan Milli Elmlər Akademiyasının mərkəzi elmi kitabxanasında Fransada yaşayıb yaratmış azərbaycanlı yazıcı Ümmülbanu Əsədullayevanın ədəbi irsinin tədqiqatçısı Rolf Şturmerlə görüş keçirilmişdir.
Fransalı qonaq Ümmülbanu Əsədullayevanın mühacir həyatı və ədəbi yaradıcılığı haqqında ətraflı məlumat verərək, onun “Qafqaz günləri”, “Paris günləri” və digər əsərlərindən, o cümlədən elmi məqalələrinin əhəmiyyətindən ətraflı söz açmışdır.
Görüşdə MEA-nın mərkəzi elmi kitabxanasının direktoru, filologiya elmləri namizədi Aybəniz Kəngərli neft mılyonçusu Şəmsi Əsədullayevın nəvəsi, 60 il Fransada yaşayıb səmərəli ədəbi fəaliyyət göstərmış məşhur yazıçı Ümmülbanu Əsədullayevanın tədqiqatçısı Rolf Şturmerə təşəkkürünü bildirmiş, yaradıcılıq uğurları arzulamışdır.
Sonra Rolf Şturmer tədbir iştirakçılarını maraqlandıran suallara cavab vermişdir.