DÜNYA


FRANSANIN CƏNUB-QƏRBİNDƏ QASIRĞA

Fransanın bir sıra cənub-qərb rayonlarında tüğyan etmiş qasırğa nəticəsində dörd adam yaralanmış, üç nəfər itgin düşmüşdür. İTAR-TASS-ın verdiyi xəbərə görə, küləyin sürəti bəzi yerlərdə saatda 100 kilometrə çatmışdır. Xeyli maddi ziyan dəymiş, yüzlərlə ağac yıxılmışdır.

Sahil rayonlarına daha böyük ziyan dəymişdir. On minlərlə ev işıqsız qalmışdır.

Son iki həftədə Fransada havalar soyuq və yağışlı keçir, atmosfer təzyiqi xeyli dəyişir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.