ELM VƏ TƏHSİL
FRANSA ARXEOLOQLARI NAXÇIVANDA AZƏRBAYCANLI HƏMKARLARI İLƏ BİRGƏ TƏDQİQAT APARMIŞLAR
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Fransa alimləri ilə birlikdə Naxçıvan Muxtar Respublikasında arxeoloji qazıntılar aparmışlar.
Ekspedisiyanın rəhbəri, tarix elmləri namizədi Səfər Aşurov AZƏRTAC–ın müxbirinə bildirmişdir ki, artıq 2 ildir Naxçıvanın Şərur rayonunun Ovçular təpəsində arxeoloji tədqiqatlar aparılır. Azərbaycanda ilk dəfə olaraq qazıntılarda geomaqnitik üsuldan və aerokosmik çəkilişlərdən istifadə edilmişdir. Burada eramızdan əvvəl II minilliyin sonu və I minilliyə aid 2 sədd aşkar olunmuşdur. Ərazidən tikinti qalıqları, təsərrüfat küpləri, dini mərasimləri əks etdirən əşyalar və s. tapılmışdır.
Aşkar edilmiş eneolit və tunc dövrlərinə aid materiallar Fransada təhlil olunacaqdır.
Ekspedisiya gələn il də davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]