CƏMİYYƏT
FRANSA QİÇS-LƏ MÜBARİZƏYƏ HƏR İL 150 MİLYON AVRO AYIRIR
Yığıncaqda bəşəriyyət üçün ciddi təhlükə olan bu xəstəliklərlə mübarizə məqsədi ilə BMT-nin baş katibi Kofi Annanın şəxsi təşəbbüsü ilə 2002-ci il yanvarın 1-də yaradılmış xüsusi fondun fəaliyyətindən, bu xəstəliklərin hər gün 12 min insanın həyatına son qoymasından, axır vaxtlar 97 ölkədə 150 profilaktika tədbirinin həyata keçirilməsindən, QİÇS xəstəliyinin daha təhlükəli xarakter almasından və onun Asiya və Avropanın bir çox ölkələrində çox sürətlə yayılmasından söhbət açılmış, bu istiqamətdə görülən işlərdən danışılmışdır.
Fransa Respublikasının prezidenti Jak Şirak toplantıda çıxış edərək, QİÇS-ə qarşı mübarizənin vacibliyini vurğulamış, onun qarşısını almaqda müasir tibbi avadanlıq yaradılmasının böyük əhəmiyyət kəsb etdiyini bildirmiş, gələcək nəsilləri təhlükədən qorumaq üçün dünya ölkələrini həmin xəstəliklə mübarizədə səyləri birləşdirməyə çağırmışdır.
Yığıncaqda bildirilmişdir ki, QİÇS- ə qarşı mübarizə məqsədi ilə Fransa hər il 150 milyon avro ayırmağı qərara almışdır.